<p>Ağdaşda avtomobil qatarla toqquşub.</p> <p>Hadisə Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryolu keçidində baş verib.</p> <ul> </ul> <p>Hadisə nəticəsində “Mercedes” markalı avtomobildə olan 1994-cü il təvəllüdlü Emil Lətifov, 1988-ci il təvəllüdlü Ceyhun Şirinov və 1996-cı il təvəllüdlü Pərvin Xasməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.</p> <p>Faktla bağlı araşdırma aparılır./APA</p>