@aynurevoo

22 Followers
10 Following
57 Posts
bir azərbaycan gənci
və açıqlama şansı, söz haqqı da vermədilər. içim yana-yana olanları, ətrafımdakıların parça-parça məndən qopmasını izləyirəm. həyatımda ən çox qorxduğum şeylərdən biri gəldi başıma, özümü ifadə edə bilməyib səhv anlaşılmaq. əlim-qolum bağlıdır, xəstəyəm, ağlamaqdan da gözümdə yaş qalmayıb. aylardır əmək verib qurduğum münasibətlər bir yanlış anlaşılma üzündən məhv oldu. səsini duyura bilməmək kimi əziyyət verən bir şey yox imiş bu dünyada, amma istəyirəm ki, bu hissi onlar da yaşasınlar.
2 ay öncə həyatıma yeni başlanğıc, özümə isə şans verdim. həqiqətən də işə yaradı, dekabrın sonlarında "deyəsən ilk dəfə üzüm həqiqətən gülür, xoşbəxtəm" dedim. bax, bunu deməməlisən. ani bir hadisə ilə o xoşbəxtliyin bir qismi qopdu məndən. bir yanlış anlaşılma sayəsində aylardır əziyyət qoyduğum yerdən iyrənc bir şəkildə çıxarıldım. üstəlik, hər kəs mənim o günə qədər etdiyim hər şeylə birlikdə səmimiyyətsiz və oyunçu olduğumu düşünür. bütün tanışlarıma qarşı məni doldururlar...👇
bu gün saat 14:30 radələrində dərnəgülə gedən qatarda @cavidaga nı gördüm deyəsən. yaxınlaşıb salam verməyə çəkindim amma gördüyümə çox sevindim. buradan salam verim heç olmasa.
bizim kruq dəhşət və şok içində əlimiz ağzımızda dinləyirik. hələ ilham yoldaş yoxdu yanımızda, o olsaydı, onun reaksiyaları daha qəşəngdi :d
hal-hazırda unidə "zəfər salnaməsinin müəllifi - ilham əliyev" adlı tədbirdə 2-ci kurs tarix tələbəsinin ilham əliyevə həsr elədiyi şeiri öz səsindən fondakı həzin musiqi sədaları altında dinləyirəm. bu yapçılar nə qəribə məxluqlardı ala
hansısa qrup yoldaşımdan rüstəm ya elə bayram haqqında xatirələr dinləyəcəyim ağlıma gəlməzdi. necə sevindiyimi izah edə bilmərəm. o da məni indiyə kimi necə kəşf etmədiyinə təəccüblənirdi :)
dünən keçən ildən bizim qrupla olan dərslərində səsləndirdiyi fikirləri özümə yaxın bildiyim amma bir şəkildə tanışlıq edə bilmədiyim, indi isə magistrda qrup yoldaşım olan oğlanın bayramla bir yerdə seçki öncəsi təbliğatda iştirak etdiyini öyrəndikdən sonra itirdiyim zamana heyfləndim. hər şey mühazirədə çıxan zəngəzur alınacağı təqdirdə çörəyin 5 manat olması ehtimalının üzərində ikimizin bir-birimizi müdafiə etməsi ilə başladı.
xaraba bdu deyir ki, magistrantların başqa məşğuliyyəti olmamalıdır, bir həyatları yoxdur və bdu oxford-dan böyük universitetdir ki, magistrantları səhər 08.30-dan 18.55-ə qədər onun binasını tərk etməməlidir.
vpn də yükləyə bilmirəm, nə edim?
hələ də ən pis adamla danışanda belə sözlərimi seçirəm. ölməyi çoxdan haqq etmişəm.